Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Manset.az Trend-ə istinadən xəbər verir ki, qəza rayonun Poladlı kəndi ərazisində baş verib. İlkin məlumatlara əsasən, hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralananlar — 1982-ci il təvəllüdlü Pərvanə Hüseynova və 1975-ci il təvəllüdlü Mehman Nərimanov əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.