Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Ramik Carulla oğlu Müslümov tək yaşadığı Qusar rayonunun Aşağı Ləgər kəndində yerləşən fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.