Evlərdən silsilə oğurluqlar edən şəxs saxlanıldı

15:59 - 14 Fevral 2026

Evlərdən silsilə oğurluqlar edən şəxs saxlanıldı

Evlərdən oğurluq edən şəxs saxlanılıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

    Məlumata görə, evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.
    Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə mənzillərdən 3200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları talamaqda şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb.

    Araşdırmalar davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az