İşə düzəltmək adı altında dələduzluq etdi - Saxlanıldı

17:36 - 14 Fevral 2026

İşə düzəltmək adı altında dələduzluq etdi - Saxlanıldı

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.


    Manset.az xəbər verir ki, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11 500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

    Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

    Fakt üzrə araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az