Sabirabadda yeniyetməni döyən kişi həbs olunub.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M. Mirağaoğlu küçəsində qeydə alınıb.
İttiham aktına görə, 47 yaşlı Sahib Kələntərov (ad və soyad şərtidir) küçədə dayandıqları zaman 15 yaşlı Murad Əliyev (ad və soyad şərtidir) qarşıda gedən qızlara söz atıb. Bundan hirslənən Sahib əvvəlcə Murada sillə, daha sonra təpiklə qasıq nahiyəsinə zərbə vurub. Zərərçəkən ağrılarının şiddətindən xəstəxanaya aparılıb.
Bu əməlinə görə Sahib saxlanılıb və barəsində cinayət işi açılıb.
Sahib ifadəsində bildirib ki, hadisədən sonra zərərçəkənin evinə gedərək ondan üzr istəyib. Lakin zərərçəkən yeniyetmə isə təqsirləndirilən şəxsi bağışlamadığını və onunla barışmadığını deyərək Sahibin azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Məhkəmənin qərarı ilə Sahib Kələntərov 7 ay müddətinə həbs edilib.