Qobustanda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB

17:11 - 27 Mart 2026

Qobustanda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB

Qobustanda baş verən avtomobil qəzası zamanı avtomobillərin hərəkəti bərpa olunub.


Manset.az APA-ya istinadən xəbər verir ki, əraziyə polis əməkdaşları cəlb olunub. Tədbir görülərək qəzaya uğramış avtomobil ərazidən kənarlaşdırılıb. Avtomobillərin hərəkəti yenidən bərpa olunub.

    Hazırda yolun hərəkət hissəsində heç bir maneə yoxdur.

    ***

    17:04

    Qobustanda avtomobil qəzası baş verib, yol bağlanıb. Hadisə Bakı–Şamaxı Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində qeydə alınıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu səbəbdən sözügedən istiqamətdə yol bir müddət bir tərəfli bağlanıb, çoxlu sayda avtomobil yolda qalıb.

      Dumanlı hava və bayram tətili səbəbindən regionlardan Bakıya qayıdan avtomobillərin hərəkətində böyük sıxlıq müşahidə edilir.

      Əraziyə cəlb olunan polis əməkdaşları qəzaya düşən nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənarlaşdırmağa və hərəkəti bərpa etməyə çalışırlar.


      Bizi Facebook-da izləyin
      Yeniliklərdən xəbərdar olun
      Keçid et

      Digər xəbərlər

      Xəbər xətti

      Bütün xəbər xətti
      yenielan.az
      yenielan.az