Beyləqanda 5 otaqlı ev tamamilə yandı - FOTO

20:02 - 06 Aprel 2026

Beyləqanda 5 otaqlı ev tamamilə yandı - FOTO

Beyləqan rayonunun Dünyamalılar kəndində beşotaqlı fərdi yaşayış evində yanğın baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın hadisəsi kənd sakini Mahir Abdullayevə məxsus evdə qeydə alınıb.

İlkin məlumata görə, yanğın qısa müddətdə genişlənərək evin böyük hissəsini əhatə edib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın söndürülüb və alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin yaşayış evi içərisindəki əşyalarla birlikdə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az