Su çənini rəngləyən zaman zəhərlənərək öldü - Bədbəxt hadisə

20:21 - 06 Aprel 2026

Su çənini rəngləyən zaman zəhərlənərək öldü - Bədbəxt hadisə

Gəncədə bədbəxt hadisə baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, şəhər sakini 1961-ci il təvəllüdlü M. Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyən zaman zəhərlənərək ölüb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

    Fakta bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az