Bakıda, Nəsimi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, "KIA Sportage" markalı avtomobillə BYD markalı avtomobil toqquşub.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar, araşdırma aparılır.