Toyda halı pisləşən 35 yaşlı kişi öldü

17:15 - 12 Aprel 2026

Toyda halı pisləşən 35 yaşlı kişi öldü

Ağcabədi rayonunda şadlıq sarayında faciə baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü rayon sakini Samir Vidadi oğlu Nəcəfov toy mərasimində iştirak edərkən qəfil halı pisləşib.

Mərasimdə olan yaxınları dərhal ona kömək göstərməyə çalışıb və təcili şəkildə Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Lakin S. Nəcəfov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisənin dəqiq səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az