Lənkəranda avtomobil piyadanı vurub öldürdü

16:31 - 23 May 2026

Lənkəranda avtomobil piyadanı vurub öldürdü

Lənkəranda baş verən qəzada 61 yaşlı piyada ölüb.


Manset.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində baş verib. Lənkəran şəhəri istiqamətində hərəkətdə olan, Nicat Soltanzadənin idarə etdiyi “KİA Sorento” markalı nəqliyyat vasitəsi, piyada Şağlaküçə kənd sakini 61 yaşlı Xəzər Şükürovu vurub.

Bundan sonra nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan “VAZ-2107” markalı minik avtomobilinə çırpılıb. VAZ markalı minik avtomobili yoldan çıxaraq dirəyə dəyib.

Qəza nəticəsində piyada və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

61 yaşlı kişinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi xidmətlər göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.  Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az