Kürdəmirdə mübahisə qanlı sonluqla nəticələnib.
Manset.az Mətbuat.az-a istinadən xəbər verir ki, Kürdəmir rayonunda ər arvadını qətlə yetirib.
Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Natiq Araz oğlu Bəşirov həyat yoldaşı - 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirovanı qətlə yetirib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Qadının cansız bədəni ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, cütlük 2024-cü ildə ailə qurub və bu izdivacdan onların yaşyarımlıq övladları da var. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.