Lənkəranda maşın obyektə çırpıldı - Sürücü öldü

20:25 - 24 May 2026

Lənkəranda maşın obyektə çırpıldı - Sürücü öldü

Lənkəranda avtomobil obyektə çırpılıb, sürücü ölüb.


Manset.az-ın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Molla Pənah Vaqif və Mirzə Məhəmməd Axund küçələrinin kəsişməsində qeydə alınıb. 

Belə ki, Lənkəran şəhər sakini 57 yaşkı Vüqar Bağırov idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi obyektə çırpılıb. Sürücü hadisə yerində ölüb.

 İlkin məlumata görə sükan arxasında ürəktutmadan ölüb və avtomobil yol kənarəndakı obyekdə dəyib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. 

Faktla bağlı araşdırma aparılır.


Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az