Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı “Opel” markalı avtomobil velosipedçi, 2005-ci il təvəllüdlü Tural Cəbrayılovu vurub.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan velosipedçi Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.