logo
logo logo
logo

64 yaşlı qadın qonşusu tərəfindən BIÇAQLANDI

17:26 - 13 İyun 2026

64 yaşlı qadın qonşusu tərəfindən BIÇAQLANDI

Biləsuvarda bıçaqlanma hadisəsi olub.


Manset.az xəbər verir ki, hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Belə ki, Biləsuvar  şəhər sakini 1962-ci il təvəllüdlü Məhbubə Mətləb qızı Mikayılova qonşusu 2003-cü il təvəllüdlü Xəyal Qubadlı tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən X.Qubadlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az