logo
logo logo
logo

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - 30-dan çox yaralı var / YENİLƏNİB

10:10 - 12 İyul 2026

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - 30-dan çox yaralı var / YENİLƏNİB

Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.


Manset.az xəbər verir ki, qəzada Zaqatala rayon sakinləri - 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.

Bundan başqa Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.

Onlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


***

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az