logo
logo logo
logo

Naxçıvanda avtomobillər toqquşdu: Yaralılar var - FOTO

22:17 - 17 İyul 2026

Naxçıvanda avtomobillər toqquşdu: Yaralılar var - FOTO

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb və müalicəyə cəlb ediliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az