Cəlilabad rayonunda 21 yaşlı gənc suvarma hovuzunda boğulub.
Manset.az-ın məlumatına görə, hadisə rayon mərkəzində yerləşən meyvə bağı ərazisində baş verib. Rayon sakini olan 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb. Ondan xəbər olmayanda, onunla eyni sahədə çalışan şəxslər gənci axtarışa başlayıblar. Axtarışlar nəticə vermədikdə əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.