logo
logo logo
logo

Ağdamdakı yanğın 4 kəndin ərazisinə yayıldı

23:06 - 23 İyul 2026

Ağdamdakı yanğın 4 kəndin ərazisinə yayıldı

Ağdam rayonunda açıq ərazidə iki gün əvvəl başlayan yanğın genişlənərək dörd kəndin ərazisinə keçib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın Kəngərli kəndi istiqamətində minadan tam təmizlənməmiş ərazilərdə davam etdiyindən alovun söndürülməsi çətinləşib.

Nəticədə yanğın Göytəpə, Qərvənd, Şıxlar və Bayramlar kəndlərinin ərazilərinə yayılıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlər alovun keçmiş təmas xəttinə yaxın yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün söndürmə və məhdudlaşdırma işlərini davam etdirirlər. Mina təhlükəsi yanğınla mübarizə tədbirlərini çətinləşdirən əsas amillərdən biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az