"Beşiktaş"ın "Çarşı" azarkeş qrupunun keçmiş lideri silahlı hücuma məruz qalıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə iyulun 10-u, saat 21:00 radələrində Gayrettepe məhəlləsində baş verib. "Çarşı" kimi tanınan Beşiktaş azarkeş qruplaşması daxilindəki "Away Eagles" (Deplasman Kartalları) qrupunun keçmiş lideri Kamal Ulhanlı küçədə gedərkən motosikletli və maskalı bir şəxsin silahlı hücumuna məruz qaldı.
Bədəninin beş müxtəlif nahiyəsindən güllə yarası alan Ulhanlı təcili yardım maşını ilə xəstəxanaya aparıldı. İkisi qadın olmaqla, yeddi şübhəli şəxs saxlanılıb.