Şəhid anası oğlu ilə eyni gündə vəfat etdi.
Manset.az-ın verdiyi xəbərə görə Biləsuvar rayonu, Nərimankənd kəndindən şəhid gizir şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva oğlunun şəhid olduğu gündə vəfat edib. Şəhid anası sakini olduğu kənddə pedoqoji fəaliyyəti olan, təqaüdçü müəllimə idi.
Qeyd edək, Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində xidmət edən şəhid Pərvin Əliyev, 2014-cü il 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn olunub. Şəhid Pərvin Əliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Nuranə Alisoy