Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdü S.Məmmədov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.