logo
logo logo
logo

Maşında sıxılı vəziyyətdə qalan şəxs xilas edİldi - Anbaan görüntülər

22:56 - 02 Avqust 2026

Maşında sıxılı vəziyyətdə qalan şəxs xilas edİldi - Anbaan görüntülər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm və Bülbül küçələrinin kəsişməsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Ford” və “Changan” markalı avtomobillərin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Changan” markalı minik avtomobilinin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaş, 1982-ci il təvəllüdlü Məmmədov Ramil Məmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az