logo
logo logo
logo

15 yaşlı oğlan dənizdə batdı

21:31 - 03 Avqust 2026

15 yaşlı oğlan dənizdə batdı

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.


Manset.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az