logo
logo logo
logo

14 yaşlı yeniyetməyə kəsici-deşici alətlə xəsarət yetirildi

23:46 - 03 Avqust 2026

14 yaşlı yeniyetməyə kəsici-deşici alətlə xəsarət yetirildi

Paytaxtın Binəqədi rayonu ərazisində 14 yaşlı yeniyetməyə həmyaşıdı tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.


Manset.az-ın Oxu.az-a istinadən məlumatına görə, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat əsasında ərazi polis orqanında araşdırma aparıldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları çərçivəsində tərəflərin izahatları alınıb, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin bütün halları və başvermə səbəblərinin tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az