logo
logo logo
logo

31 yaşlı kişiyə xəsarət yetirdi - Saxlanıldı

22:33 - 04 Avqust 2026

31 yaşlı kişiyə xəsarət yetirdi - Saxlanıldı

Zaqatalada 31 yaşlı kişiyə daşla xəsarət yetirən şəxs saxlanılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib.

    Belə ki, rayonun Aşağı Tala kənd sakini 42 yaşlı Elgün Qardaşov və Yuxarı Tala kənd sakini 31 yaşlı Əhməd Əhmədov arasında şəxsi münasibətlər zəminində dava baş verib.

    Dava zamanı E.Qardaşov Ə.Əhmədovun baş nahiyəsinin arxa hissəsindən daşla xəsarət yetirib.

    Ə.Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

    Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan E.Qardaşov saxlanılıb.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az