logo
logo logo
logo

Azərbaycanda AĞIR QƏZA: Ölən var - FOTO

18:12 - 06 Avqust 2026

Azərbaycanda AĞIR QƏZA: Ölən var - FOTO

Hacıqabulda yol qəzası baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Həsənov Əli Süleyman oğlunun idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

    Avtomobildə olan sərnişin Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Allahyarov Aydın Əmrah oğlu xəsarət alaraq Şirvan şəhər xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün ollmayıb.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az