Şirvanda qadın sirkə turşusundan zəhərlənib.
Manset.az xəbər verir ki, Şirvan sakini, 1975-ci il təvəllüdlü Piriyeva Çəməngül Xancan qızı sirkə turşusu içərək intihara cəhd edib.46 yaşlı qadın qida borusunun və mədənin kimyəvi yanığı diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(apa)