Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.
Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub.
Nəticədə motosikletin sürücüsü Q. Qasımov və piyada M. Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.