Goranboyda yol qəzası baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.