logo
logo logo
logo

Azərbaycanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB

21:29 - 11 Avqust 2026

Azərbaycanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, yolun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində qeydə alınmış avtoqəza nəticəsində həyatını itirən şəxsin kimliyi məlum olub.

Belə ki, 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov iş başında olarkən iki yük maşınının arasında qalıb.

Qəza nəticəsində ağır xəsarətlər alan N. Tahirov hadisə yerində həyatını itirib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

19:49

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı "Shachman" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşını toqquşub.

Qəza nəticəsində "Mitsubishi" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az