logo
logo logo
logo

Lənkəranda açıq sahədə YANĞIN - FOTO

22:47 - 11 Avqust 2026

Lənkəranda açıq sahədə YANĞIN - FOTO

Lənkəranda açıq sahə yanır.


Manset.az xəbər verir ki, yanğın hadisəsi rayonun Separadi kəndi ərazisində baş verib.

Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi  və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülür.

İlkin məlumata görə yanğın olan sahəyə yaxın ərazidə sitrus bağları yerləşir. Bağlardan qurumuş ağaclar budanaraq, Separadi və ətraf kənd sakinlərinin istifadəsi üçün açıq sahəyə yığılır. Kənd sakinləri də gündəlik həmin çınqılları götürüb təndirdə istifadə edirlər. Ehtimal olunur ki, həmin çınqıllar bilərəkdən yandırılıb və yanğın ətraf ərazilərə keçib. 

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az