Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, qəza bu dəqiqələrdə Heydər Əliyev prospektində qeydə alınıb.
Nəticədə prospektdə ciddi tıxac yaranıb. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları cəlb olunub.
Hazırda tıxacın aradan qaldırılması istiqamətində işlər görülür.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.