logo
logo logo
logo

Çayda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edildi - FOTOLAR

20:16 - 13 Avqust 2026

Çayda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edildi - FOTOLAR

Tovuzda selin gəlməsi nəticəsində çayda qalan iki nəfər xilas edilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Zəyəm çayının rayonun Şamlıq kəndi ərazisində keçən hissəsində yağış nəticəsində güclü sel gəlib.

Nəticədə çayın ortasında olan iki nəfər şəxs kənara çıxa bilməyib. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Çayın ortasında köməksiz vəziyyətdə qalanlar 1971-ci il təvəllüdlü Y.Humbətov və 1984-cü il təvəllüdlü S.İbrahimov xilasediciləri tərəfindən sudan kənara çıxarılıb. Hər iki şəxs adiyyəti üzrə təhvil verilib. Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Qeyd edək ki, bu gün yağan yağışdan sonra Zəyəm çayına güclü sel gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az