Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.
Belə ki, "Mercedes" markalı minik maşını ilə "Hyundai" markalı minik maşını toqquşub.
Nəticədə 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.