logo
logo logo
logo

5 gün əvvəl qəzada yaralanan yeniyetmə xəstəxanada ÖLDÜ

19:08 - 18 Avqust 2026

5 gün əvvəl qəzada yaralanan yeniyetmə xəstəxanada ÖLDÜ

Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada vəfat edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan rayonun Muxax kənd sakini 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov həkimlərin səyinə baxmayaraq, bu gün gönorta saatlarında vəfat edib.

    Qeyd edək ki, avqustun 14-ü gecə saat 02:00 radələrində Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanovun idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılmışdı. Qəza nəticəsində sürücü M. Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri - 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az