logo
logo logo
logo

Naxçıvanda maşın 2 motosikletlə toqquşdu - Yaralılar var

19:29 - 19 Avqust 2026

Naxçıvanda maşın 2 motosikletlə toqquşdu - Yaralılar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, Şəkərabad kəndi yolunda "Chevrolet" markalı avtomobil dönmə manevri edərkən iki motosikletlə toqquşub.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az