Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb. Belə ki, minik avtomobili motosikletlə toqquşub.
Qəza nəticəsində motisikletin sürücüsü, Sabirabad şəhər sakini, 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.