logo
logo logo
logo

60 yaşlı qadını maşınla vurub öldürdü

09:44 - 24 Avqust 2026

60 yaşlı qadını maşınla vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə dünən saat 07 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesində qeydə alınıb.

1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə “Red Oil” yanacaq doldurma məntəqəsininin yanında, üzü şəhər istiqamətində hərəkətdə olarkən yolu keçməyə çalışan Nağıyeva Mehriban Bəşir qızını vurub.

Nəticədə, 1966-cı il təvəllüdlü piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az