Hazırda Goranboy rayonu Nizami kəndi ərazisində dəhşətli partlayış baş verib.
Manset.az-əldə etdiyi məlumata görə, partlayışın miqyası böyükdür. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Manset.az elə gecənin bu saatında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə əlaqə saxlayıb. O açıqlamasında məlumatı təsdiq edib.
" Biz də məlumat almışıq ki, partlayışlar olub. Təəssüf ki, yaxınlaşa bilmirik. Fövqəladə halların və Təcili yardım maşınları əraziyə gedir. Orda hazırda sıxlıq var. Biz yaxınlaşa bilmirik və dəqiqləşdirə bilməmişik nə partlayışdır. Rayon ərazisində və kəndlərdə hər şey yaxşıdır.