logo
logo logo
logo

Goranboyda dəhşətli partlayış - İcra başçısından açıqlama

01:41 - 02 Sentyabr 2026

Goranboyda dəhşətli partlayış - İcra başçısından açıqlama

Hazırda Goranboy rayonunun Nizami kəndi ərazisində güclü partlayış baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, partlayışın miqyası böyükdür. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Manset.az elə gecənin bu saatında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə əlaqə saxlayıb. İcra başçısı hadisə ilə bağlı məlumatı təsdiqləyib:

"Biz də məlumat almışıq ki, partlayışlar olub. Təəssüf ki, yaxınlaşa bilmirik. Fövqəladə Hallar Nazirliyinin və təcili yardım maşınları əraziyə gedir. Hazırda orada sıxlıq var. Biz yaxınlaşa bilmirik və partlayışın nədən baş verdiyini dəqiqləşdirə bilməmişik. Rayon ərazisində və kəndlərdə hər şey yaxşıdır".

Baş vermiş partlayış nəticəsində ölən və yaralananların olub-olmaması ilə bağlı hələki rəsmi məlumat yoxdur.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az