logo
logo logo
logo

Quyu qazarkən başına boru düşüb öldü

13:00 - 06 Sentyabr 2026

Quyu qazarkən başına boru düşüb öldü

Cəlilabad sakini Astarada bədbəxt hadisə nəticəsində ölüb.


Manset.az-ın verdiyi xəbərə görə, hadisə Astara rayonunun dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb. Belə ki, Cəlilabad rayon Vənlik kənd sakini Ramin Simran oğlu Kərimov vətəndaşa məxsus həyətyanı sahədə artezian qazarkən başına boru düşüb. R.Kərimovun yanında işləyən həmkəndliləri onu təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırıblar. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, mərhum ailəli olub və himayəsində iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az