Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.