logo
logo logo
logo

Yuxulu sürücü “Prado”nu aşırdı - ANBAAN VİDEO

13:04 - 07 Sentyabr 2026

Yuxulu sürücü “Prado”nu aşırdı - ANBAAN VİDEO

Bu gün Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində qəza baş verib.


Manset.az DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, səhər saat 7 radələrində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

    Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur:

    "Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.

    Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.

    Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.

    Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil".



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az