logo
logo logo
logo

Güclü külək Lənkəranda da bir sıra fəsadlar törətdi

09:05 - 08 Sentyabr 2026

Güclü külək Lənkəranda da bir sıra fəsadlar törətdi

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləklə müşayiət olunan yağış Lənkəranda bir sıra fəsadlar törədib.


Manset.az Report-a istinadən xəbər verir ki, güclü külək əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub.

İldırımla müşayiət olunan güclü külək nəticəsində Şəhidlər xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üstünə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb.

Şəhərin Kiçik bazar deyilən ərazisində isə ağac hərəkətdə olan Ehtiram Fərəcova məxsus "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin üstünə düşüb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Aidiyyəti qurumların nümayəndələri ərazilərdə olublar. Problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görüblər. Bəzi küçələrdə ağaclar xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib. Hazırda fasilələr yarandığı ərazilərdə elektrik enerjisinin tam verilməsi istiqamətində işlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az