Zərdabda beş nəfərin həyatını itirdiyi və bir şəxsin xəsarət aldığı ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 8-də saat 23:00-da Yarməmmədbağı kəndinin ərazisində baş verib.
Elyar Məhəmmədovun idarə etdiyi KIA markalı, 77-BF-554 dövlət nömrə nişanlı minik avtomobili Vicay Ağayevin idarə etdiyi "Lovol" markalı 63-TG-062 dövlət nömrə nişanlı traktorla toqquşub. Nəticədə avtomobildə yanğın baş verib.
06:25
Zərdabda baş verən avtoqəzada ölənlərin adları məlum olub.
Manset.az Report-a istinadən xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
01:10
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.