Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb.
Manset.az xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı nəqliyyat vasitəsi əks istiqamətə hərəkətdə olan "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində iki nəfər Lənkəran rayonunun Ləj kənd sakini 1999-cu il təvəllüdlü Tural Asəf oğlu Əzimzadə və Masallı rayonunun Allahyarlı kənd sakini 2006-cı il təvəllüdlü Asim Alim oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər iki yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.