logo
logo logo
logo

Təkəri partlayan yük maşını aşdı - VİDEO

17:00 - 26 Oktyabr 2026

Təkəri partlayan yük maşını aşdı - VİDEO

Bakı-Quba yolunda qəza baş verib.


Manset.az Avtosfer-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 25-i səhər saatlarında "Stansiya Sumqayıt" adlanan ərazidə qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Atego" markalı yük avtomobili aşıb. Şahidlər bildirib ki, qəzaya yük maşınının təkərinin partlaması səbəb olub.

Nəticədə, avtomobilin yük yerində daşınan qoyunların bir qismi tələf olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aşan nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az