Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Toyota” və “VAZ 21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər - 68 yaşlı Vaqif Məmmədəliyev və 31 yaşlı Aysel Lətifzadə xəsarət alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.