Şamaxı yolunda şam ağacları kəsildi - FOTO

12:40 - 27 Yanvar 2022

Şamaxı yolunda şam ağacları kəsildi - FOTO

Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev Manset.az-a  bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 3 şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hazırda Abşeron rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır”.

F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az